"Hercai" mövsüm finalı etdi FOTOLAR

"Hercai" mövsüm finalı etdi FOTOLAR

Türkiyənin məşhur "Hercai" serialı mövsüm finalı edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yaradıcı heyət koronavirus infeksiyasına görə mart ayından çəkilişlərə fasilə verib. Onlar karantin rejiminin uzun çəkdiyini və yayda çəkiliş edə bilməyəcəklərini düşünərək mövsüm finalına çıxmaq qərarına gəliblər. Tamaşaçılar yeni bölümə payızda baxa biləcəklər.

Bundan əvvəl 45-ci bölümlə final etməyi planlaşdıran "Mia yapım" məcbur gələn mövsüm də serialı davam etdirməli olub.

Baş rollarını Ebru Şahin və Akın Akınözünün (Reyyan və Miran) paylaşdığı "Hercai"nin ekranda sonuncu dəfə 38-ci bölümü yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə