Bəstəkar-şairə Xanım İsmayılqızı müəllifi olduğu "Sən nə biləsən mənim nə çəkdiyimi" mahnısının oxunmasına qadağa qoyub. SİA-nın məlumatına görə, bəstəkar bu haqda sosial şəbəkədə yazıb. X.İsmayılqızının bu addımı atmasına səbəb isə sözügedən bəstəni meyxanaçı Samirə Yusifqızı tərəfindən ifa olunması olub.
"Mahnımın oxunmasına qadağa qoydum. Hələ ki, şifahi şəkildə bildirdim" deyə, bəstəkar vurğulayıb.
Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyevanın səsləndirdiyi mahnını Samirə verilişlərin birində qonaq olarkən oxuyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB