Aktyorlar Əmrah Dadaşov və Asya Atakişiyevanın 1 iyuna təyin olunan toylarının təxirə düşdüyü haqda məlumat yayılıb. Deyilənlərə görə cütlüyün xoş günü sentyabr ayına təsadüf edəcək.
Məsələ ilə əlaqədar olaraq aktrisanın özü ilə əlaqə saxladıq. SİA-ya danışan Asya bunları deyib: "Əmrah Dadaşovla toyumuz karantin rejiminə görə təxirə salınıb. El şənliyimizin nə vaxt baş tutacağını hələ dəqiq bilmirik. Koronovirus xəstəliyi bitəndən sonra toyumuzun vaxtı müəyyənləşəcək".
Qeyd edək ki, Əmrahla Asya ötən ilin noyabrında nişanlanıb.
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB