Aydandan aktyor sevgilisinə: "Qoruyucu mələyim oldun, məni dəyişdin" FOTO
Aktrisa Aydan Axundova aktyor sevgilisi İbrahim Çingizlə yeni fotosunu sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, sevgilisini ad günü münasibətilə təbrik edən Aydan etiraflar da edib: "Sənin varlığınla sənin və mənim ad günümdən əlavə həyatımda yeni və vacib bir doğum günü yarandı: sevgimizin, "biz" anlayışının ad günü... İtirilmiş etimadın yenidən doğulması və gələcək qurmaq planlarının yaranması...
Varlığınla həyatımın mənası, birgə məqsədlər, yeni dünya və bir neçə belə amillər doğuldu. Onlar o qədər çoxdur ki, onları sevgi ilə qeyd etməyimiz üçün ömrümüzün yetməsini diləyirəm. Mənim dəyişməyimi istəmədən məni dəyişdirdin. Qoruyucu mələyim oldun. Elə bir qayğı ilə məni əhatə etdin ki, hər gün özümə aşiq olmağa başladım. Hər dəfə düşünürəm ki, sevgim səninlə nəticəyə çatdı və mən bütünləşdim. Hər dəfə qəlbimdə daha böyük yerlər fəth edirsən.
Önəmlisi odur ki, hər zaman sağlam ol, məni sevməyə davam et və belə möhtəşəm qal. Mənim sevgim, digərləri ilə mən məşğul olacam".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB