Abbas: “Sağlamlığımı düşünürəm”

Abbas: “Sağlamlığımı düşünürəm”

Əməkdar artist Abbas Bağırov karantin günlərində yaradıcılığında yeniliklər edir. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü məlumat verib: "Sevdiyiniz peşənin özünüzə görə təcrübəsi olandan sonra gördüyünüz işi tam professional şəkildə yerinə yetirə bilərsiniz. Əlbətt də planlar çox olmalıdır ki, biri gerçəkləşməyəndə digəri baş tutsun.

2004-cü ildə ilk səsyazma studiomu açanda heç bir təcrübəyə malik deyildim. Amma bu gün peşəkar insanlarla çalışmağım, onlarla bərabər səhnə almağım mənə musiqidə bir çox məsələləri öyrətdi.

Onu da qeyd edim ki, 2 aya yaxın ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi işlərimdə müəyyən dərəcədə çətinlik yaratsa da sağlamlığımı düşünürəm. Ona görə də evdə qalmağı daha üstün bilirəm. Yeni mahnılarımı səsyazma studiomda lentə alıram. İnşAllah tezliklə koronovirus xəstəliyindən qurtularaq. Hər kəs işlərini rahatlıqla həyata keçirər".

Bütün xəbərlər Facebook səhifəmizdə