Muğam ifaçısı Gülay Zeynallı verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, sənətçi qızı Sahilədən danışıb: “Qızım mən və atası ilə sosial şəbəkələrdə və efirlərdə tez-tez görsənir. Amma hələ uşaqdır. Böyüyəndən sonra buna atası və mən tərəfindən qadağa olunacaq. Onu da deyim ki, özünün də kameralara qarşı kompleksi var. Verilişlərə çəkilmək istəmir”.
Zeynallı qızının marağı olan peşədən də söz açıb: “Sahilə rəsm çəkməyi çox sevir. Səsi yoxdur. Müğənnilikdən xoşu gəlmir. Amma hələ uşaqdır. Hələ hansı sənətə yönələcəyi barədə danışmaq çox tezdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB