Teleaparıcıdan həmkarı haqda qalmaqallı açıqlama VİDEO

Teleaparıcıdan həmkarı haqda qalmaqallı açıqlama VİDEO

Azərbaycan Dövlət Televiziyasının (AzTV) bədii rəhbəri, teleaparıcı Ranar Musayev verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, aparıcı Xoşqədəm Hidayətqızı haqqında qalmaqallı açıqlama verib.

Proqramın aparıcısı Samir Bayramlı “Adını çəkəcəyim teleaparıcılar haqqında şərh bildirin” sualı ilə Ranara müraciət edib.

Samir Xoşqədəm Hidayətqızının adını çəkər-çəkməz Ranar bu sözləri deyib: “Şərh bildirmək istəmirəm. Amma şərh var... Bir aparıcı ki, qonağına “Dimedrol” iynə vurdurur ki, onun ayaqları tutulsun, reytinq xətrinə gəzə bilən insan gəzməsin və bundan şou yaratsınlar... Nəinki aparıcı, o insan heç insan ola bilərmi?”

Bütün xəbərlər Facebook səhifəmizdə