Müğənni Nura Suri son günlər sosial şəbəkədə illər öncə çəkilmiş fotolarını gündəmə gətirib. SİA-nın məlumatına görə, sənətçi keçmiş həyat yoldaşlarının şəkillərini yayıb. Nura hicablı şəklini paylaşaraq, ərinin üzünü gizlədib. O, fotoya "Bu evlilik həyatımdakı ən böyük səhvim idi. Nə yaxşı ki, uzun çəkmədi" deyə, yazıb.

İfaçı, ardınca daha bir ərinin şəklini paylaşıb. İfaçı 2000-ci ilin Yeni il gecəsində çəkilən şəkilə bu şərhi qeyd edib: “Bu foto ikinci övladıma hamilə olanda çəkilib. Keçmiş həyat yoldaşımla bir vaxtlar bir-birimizi sevirdik” deyə, bildirib.

Onun bu addımı izləyiciləri təəccübləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB