Aysel Teymurzadə Araşı kimə dəyişdi?

Aysel Teymurzadə Araşı kimə dəyişdi?
"Eurovision-2009"-da Azərbaycanı 3-cü pilləyə qədər yüksəldən Aysel Teymurzadə duet ortağı Araşı digər həmkarına dəyişdi. SİA-ya açıqlama verən Ayselin sözlərinə görə, onun Araşla adıçəkilən müsabiqədə oxuduqları "Always" mahnısını indi müğənni Azad Şabanovla ifa edəcək.

Qeyd edək ki, Aysellə Azad bu mahnını ilk dəfə bu yaxılarda qatıldıqları konsert proqramında ifa edəcəklər. Bu konsert isə Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq. Konsertdə həmçinin "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycanı 5-ci pilləyə yüksəldən Səfurə Əlizadə də iştirak edəcək. Konsert Parisə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə