“R&R” şou olacaq
Səhnənin iki məşhur siması Röya Ayxan və Rəhim Rəhimli birgə konsert verməyi planlaşdırırılar. SİA-ya məlumat verən Röyanın sözlərinə görə, onlar "Meridian" restoranında Rəhimlə birgə duet konsert verəcəklər. Konsertin 31 may Gənclər günündə baş tutması gözlənilir: "Yəgin ki, konsert baş tutacaq. Bunu hər ikimiz istəyirik. Gənclər gününə planlaşdırmağımız təsadüfi deyil. Gənclər Rəhimi də, məni də xüsusi sevirlər".

Qeyd edək ki, müğənnilər bu münasibətlə birgə yeni fotosessiya edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə