Mətanət evini nümayiş etdirdi VİDEO

Mətanət evini nümayiş etdirdi VİDEO

Əməkdar artist Mətanət İsgəndərli evinin qapılarını verilişlərin birinə açıb. SİA-nın məlumatına görə, müğənni atası və nəvələri ilə kamera qarşısına keçib. İsgəndərli bildirib ki, oğlu Kərimlə eyni binada yaşayır: "Bu evdə 15 ildən çox yaşayıram. Dizaynı özün etmişəm. Oğlum ailəsi ilə dördüncü mərtəbə yaşayır. Yaxşı ki, yaxınımda qalır. Yoxsa ürəyim partlayardı".

İfaçı kamerlar önündə qarderobunu da nümayiş etdirib: "Var-dövlətim paltarlarım və mahnılarımdır. Heç vaxt kirayə paltar götürməmişəm. Ya tikdirirəm, ya da satın alıram. Yarısını da oğlumun evində saxlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə