"Müğənnilər mənə şərt qoyurlar ki..." VİDEO

"Müğənnilər mənə şərt qoyurlar ki..." VİDEO

Aparıcı Rövşanə Ağasəfqızı verilişinə dəvət elədiyi sənətçilərin qoyduğu şərtlərdən danışıb. SİA-nın məlumatına görə, o, bu barədə verilişlərin birində bəhs edərək, onları tənqid edib: " "Ayağımın altına gül düzün, şamlar yandırın" deyənləri verilişimə dəvət etmirəm. Onlardan yoruluram. Sənətkar qarşısında baş əyirəm. Amma sənəti olmayıb, qarşıma şərtlər qoyanları sevmirəm. Niyə? Sənə borcum var? Niyə sənin ayağının altına gül düzülməlidir? Bir sənətinə, səsinə, ifaçılığına bax. Sən kimsən ki, ayağının altına gül düzülsün? Nə gəldi geyinirlər. Olsun, sənətkar hər şey geyinə bilər. Amma sənəti olmayan evi-eşiyi, bədəninin orası-burası, əzaları ilə qürrələnməyi və tələb etməyi olmaz.

Özümü kraliça hesab edim? Axı o deyiləm. Əsas səni xalqın necə hesab etməsidir. Zamanla insanlar ələnir. Kim özünü nə hesab edir etsin. Sənət, qabiliyyət istedad qalacaq. Beşmərtəbi evin, villan, bahalı maşının sənə qalacaq. Amma səndən xalqa heç nə qalmayacaq.

Bəzən elələrini biz özümüz başımızın üstünə qaldırıb, qoyuruq. Əziz insanlar, istedadı olmayanı toylarınıza çağırmayın".

Bütün xəbərlər Facebook səhifəmizdə