Əməkdar artist Mətanət İsgəndərli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı artıq çəkidən əziyyət çəkdiyini bildirib: "Qızım Ülkərin qorxusundan tərəziyə çıxmıram. Özüm də qorxurm. Çıxsam, depressiyaya düşəcəm.
Həkimə getdim ki, piylərimi kəsdirim. Mədə əməliyyatına getmərəm. Bədən korreksiyası etmək istəyirəm. Həkim də dedi gəl, nə lazımdır edəcəyik. Məsələdən qızımın xəbəri yoxdur. Bilsə, məni öldürəcək. Deyir ki, pəhrizlə arıqla.
Bir dəfə pəhrizlə 35 kiloqram çəki atmışam. 57 kiloqram olduğum an olub. Qızımın paltarını geyinirdim. Bir də həkim dedi ki, yayda əməliyyat etmək olmaz, karset geyindirirlər, ürəyin partlayar.
Ümumiyyətlə xanımlara demək istəyirəm ki, bu vaxtlar pəhriz saxlamasınlar. Arıqlayanda immunitetim düşür. Koronavirus bitsin, arıqlayarıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB