Sosial şəbəkədə bir-birilərinə sevgi etirafı etdilər FOTO

Sosial şəbəkədə bir-birilərinə sevgi etirafı etdilər FOTO

Aktyor Əmrah Dadaşov aktrisa nişanlısı Asya Atakişiyeva ilə yeni fotosunu sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumatına görə, o, paylaşımında qarşı tərəfə sevgi dolu sözlər ünvanlayıb: “Bizim birgə və xoşbəxt yaşadığımız 19-cu ayımız…”

Onun bu sözlərinə Asyanın cavabı gecikməyib. Atakişiyeva Dadaşovun sözügedən paylaşımına “ürəyim” qısa şərhini yazıb.

Nəzərinizə çatdıraq ki, cütlüyün el şənliyi iyun ayının 1-də paytaxt restoranlarının birində baş tutmalıdır.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. Ə.Dadaşov isə Akademik Musiqili Teatrının aktyorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə