Müğənni Afət Fərmanqızı idmançı Kamil Zeynallı haqda danışıb. SİA-nın məlumatına görə, ifaçı onu müdafiə edib: “Kamil Zeynallı səhərdən-axşamadək insanların qulluğundadır. Belə bir insanı sosial şəbəkədə tənqid və təhqir edirlər. Onu söyən insanlara demək istəyirəm ki, tərbiyəsizsiniz. Kamil sizə nə edib? Belə adamlar bu günümüzdə də pisliyindən qalmırlar. Onu da qeyd edim ki, “İnstagram”da xoş olmayan şərhləri yazan bir neçə insanı tapdım. Bir daha şahid oldum ki, həmin kəslərin tərbiyəsi yoxdur, əqli problemi var. Sözügedən şəxslərdən soruşandakı niyə təhqir edirsən? Deyir ki, “o sözləri mən yox, qohumum yazıb”. Sonra da ağlayıb, yalvarmağa başlayırlar.
Ona görə də sənət dostlarıma demək istəyirəm ki, bu cür insanlara əhəmiyyət verməyin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB