Serdar Ebruya görə Demetdən üzr istədi

Serdar Ebruya görə Demetdən üzr istədi

Türkiyənin iki məşhur müğənnisi Demet Akalınla Serdar Ortaç arasında yenidən qalmaqal yaşanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Serdarın müsahibələrinin birində həmkarı Ebru Gündeşlə küsülü olmağının səbəbkarı kimi Demeti günahkar görməsi olub: “Beş il əvvəl Demetlə söhbət edirdik. Həmin gün Ebrunun həyat yoldaşı Rza Zərrab həbs olunmuşdu. Demet dedi ki, "Ebruyla telefon əlaqəsi qurub, halını soruşmusan?" Mən də cavab verdim ki, "bu gün həbs olunduğu üçün gözləyim, sabah zəng edərəm". Bir neçə gündən sonra öyrəndim ki, Demet Ebruya mənim adımdan deyib ki, “Rza tutulub, mən niyə Ebruya zəng vurmalıyam?” Ebru həmin gündən sonra üzümə belə baxmır”.

Akalın iddialara sosial şəbəkədə sərt cavab verib: “Maraqlıdır, bu insan ağıllanmır. Ramazan günlərində Ortaça bütün qəlbimlə ağıl sağlığı diləyirəm. Ebru Gündeş sözlə deyil, ürəyi ilə hərəkət edən dostumdur”.

Sözügedən açıqlamadan sonra S.Ortaç Demetdən üzr istəyib: “Müsahibəmi tam oxuyun. Ebru ilə aramı Demet pozmayıb. Düşünmədən danışmışam, üzr istəyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə