"Ayan uşaqdır, səhv edib"

Əməkdar artist Ədalət Şükürov müğənni Ayan Babakişiyevanın "Ədalətlə bir də duet oxumaram" sözlərinə cavab verib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Duet çətin bir işdir. Kişinin kişi ilə oxuması lap çətindir. Kişi ilə qadın oxuyanda da diqqət edilməlidir. Ayan cavandır, uşaqdır, deyib da... Vaxtında mən Ayana, "Qala" qrupuna, bir çoxlarına kömək etmişəm. Həmişə zəng edirlər, yada salırlar. Bir çox müğənnilər var ki, Manana, Röya, Aygün Bəylərlə oxumuşam.

Cavan uşaqdı, deyib, mənə yaraşmaz cavab vermək. Səhv edib deyib, amma özü bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə