Müğənni Roza Zərgərli gənc həmkarı Cəmillə (Jay Meel) duet oxuyub. SİA-ya məlumat verən Rozanın sözlərinə görə, "Gizli sevgilim" adı mahnıya klip çəkdirmək də planlaşdırılır. Klipin rejissorunun adı hələ ki, sirr saxlanılır: "Cəmil çox istedadlı müğənni və bəstəkardır. Mənim "Tap" adlı mahnımı da o yazmışdı. Onunla duet oxuduğuma gəlincə isə, mən öz mahnıma ikinci nəfəs vermək istədim. Hələ ssenari fikirləşirəm. İstərdim klipdə maraqlı və eyni zamanda tamaşaçının rahat qəbul edəcəyi görüntülər olsun",-deyə müğənni bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB