Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib. SİA-nın məlumatına görə, “Bu zamandan sonra” adlı mahnının müəllifi Zülfi Bədəlovdur. İfaçı yeni klipinin rejissor işini Dele Orucluya həvalə edib. Ekran işində Günay izləyiciləri qarşısına bir neçə obrazda çıxıb.
İbrahimli yeni işi haqqında fikirlərini bildirib: “Mahnıdan bir hissəni İnstaqramımda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Bundan başqa havalar istiləşir. Həm də ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Ona görə də düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olum, hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB