Müğənni Gülay Zeynallı verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı həyat yoldaşı Kamildən və qızı Sahilədən bəhs edib: “Qızımla atası bir-birinə çox bağlıdırlar. Hazırda yaşadığımız koronovirus dönəmində Sahilə ilə Kamil bir-birlərinə 4 gün həsrət qaldılar. Çünki Kamil bir çox kasıb ailələrə yardım edir və onlarla təmasda olur. Ona görə Kamilin qızımızın yanına gəlməsi böyük təhlükə idi.
Onu da qeyd edim ki, hazırda həyat yoldaşımla çox vaxt keçirə bilmirik. Mən də xanımı olaraq onu anlayıram. Amma bu başa düşməyim bir vaxta qədərdir. Çünki xanımlarımız xoşbəxt olmaq üçün dünyaya gəlib. Qadın susdusa, artıq onu heç kim dindirə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB