Rafael İsgəndərov efirdə heç kimin gözləmədiyi addımı atdı VİDEO

Rafael İsgəndərov efirdə heç kimin gözləmədiyi addımı atdı VİDEO

Əməkdar artist Rafael İsgəndərov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, proqramda maraqlı anlar yaşanıb. Belə ki, verilişin aparıcısı Saleh Bağırov ondan qarmonda ifa etməsini xahiş edib.

Aktyor onun bu istəyinə belə cavab verib: " "Bu şəhərdə" də Xalq artisti Aftandil İsrafilovu parodiya etmişəm. O da özünün istəyi ilə həyata keçirmişəm. Həmin epizodda da qarmonda ifa etmək lazım idi. Mən də 10 günə şallaq altında qarmon çalmağı öyrəndim (gülür)".

Proqramda iştirak edən A.İsrafilov R.İsgəndərovdan onun musiqi alətində ifa etməsini xahiş edib. Aktyor aparıcının və Xalq artistinin xahişini nəzərə alaraq efirdə qarmon çalıb.

Onun bu ifası verilişdə iştirak edən hər kəs tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə