Gülay: "Kamildən qorxmaq lazım deyil"

Gülay: "Kamildən qorxmaq lazım deyil"

Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallıdan bəhs edib. SİA-nın məlumatına görə, o, bu barədə "İnstagram"da danışıb: "Bilirəm ki, insanlar mənə hörmət edir, artıq-əskik yazmırlar. Kiminsə paxıllığını çəkməyin, şəxsi həyatına qarışmayın".

İfaçı "Camaat Kamildən qorxur deyə, heç nə yazmır" sözlərinə belə cavab verib: "Kamildən qorxmurlar, o da hər kəs kimi biridir. Qorxulası nəsə yoxdur. Sadəcə, hisslərini, cavabını qəti bildirir. Bu insanda "endirim" deyilən bir şey yoxdur. Şəxsi həyatla bağlı heç vaxt danışmamışam, danışmayacam da. Bununla bağlı suallar verməyin".

Üz baxımı ilə bağlı suallara isə Gülay belə cavab verib:" 31 yaşım var, botoks etmirəm. Düşünürəm ki, hələ ona var. Makiyajsız halda indi sizin qarşısına çıxmışamsa, demək botoks yoxdur. Dodağımda da gel yoxdur. Üzümə və dodaqlarıma mezolar etdirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə