"Xəstəliyindən reytinq düzəldənlərin ümidinə qaldın" FOTO

"Xəstəliyindən reytinq düzəldənlərin ümidinə qaldın" FOTO

Xalq artisti, şöhrət ordenli Rafael Dadaşovun ölümündən 40 gün ötüb. SİA-nın məlumatına görə, Xalq artisti Brilliant Dadaşova əmisi oğlu Rafael Dadaşovun fotosunu sosial şəbəkədə paylaşaraq kədərini bölüşüb : " Mənim göyçək, yaraşıqlı əmim oğlu, bizdən ayrılmağının 40 günü də tamam oldu. Mən göz açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm. Balacalıqda kürəyindən yerə düşməzdim. Sənin qoxun indi də burnumdan getmir. Heyf sən xəstəxanaya düşəndə mən Bakıda olmadım. Ümumiyyətlə məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, həyatınla, xəstəliyindən reytinq düzəldənlərin ümidinə qaldın .... Əlbəttə, televiziya vasitəsi ilə biyabr olunan bəzi həkimlər yəqin ki, ifşa olunduqlarına görə incik düşüb səni yaxşı müalicə etmədilər. Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər. Mən Türkiyədən qayıdıb, səni Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə başqa xəstəxanaya yeləşdirəndə artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəyinki 2 ay ..Yerinin cənnət olmasını Allahdan diləyirəm . Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu".

Bütün xəbərlər Facebook səhifəmizdə