Elzadan Sevdaya: "Toyun onlayn şəkildə olsun"

Elzadan Sevdaya: "Toyun onlayn şəkildə olsun"

Əməkdar artist Elza Seyidcahan verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqramda müğənni Sevda Yahyayevadan bəhs edərək, maraqlı təklif irəli sürüb: "İstərdim ki Sevda toyunu onlayn şəkildə keçirsin. Qonaqlar da hədiyyələrini, güllərini və toya salacaq pulu onlayn şəkildə versin. Beləcə Sevda Yahyayevanın toyu onlayn şəkildə keçdiyi üçün tarixə düşsün. Bu çox əla bir fikirdir. Ümid edirəm, Sevda mənim bu təklifimi müsbət dəyərləndirər".

Qeyd edək ki, müğənni Sevda Yahyayeva Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Leyla Şıxlinskaya" klinikasında genetik-laborant olaraq çalışır. Cütlüyün nişanı mart ayında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə