"Xatirənin əziyisən, onun yanında ora-bura gedirsən" FOTOLAR

"Xatirənin əziyisən, onun yanında ora-bura gedirsən" FOTOLAR

Əməkdar artist Vasif Məhərrəmli ilginc açıqlama verib. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə danışıb: "Kiməsə yardım edirik. Amma çəkiliş etmirik, yayımlamırıq deyirsiz, "Hər zaman böyük-böyük danışırsız. Hardasız, niyə imkansız ailələrə kömək etmirsiz?” Sonra kiməsə əl tuturuq, çəkib göstəririk onda da deyirlər ki, filankəs özünü reklam edir. Sağ əlin verdiyini sol əl bilməməlidir. Siz nə istəyirsiniz? Necə edək ki, sizi razı salaq? Dəfələrlə Qazaxda, Buzovnada və digər yerlərdə insanlara kömək etmişəm. Hamısını çəkmişəm, telefonumdadır. Sadəcə heç yerdə paylaşmamışam".

İfaçı daha sonra ondan yardım istəyən şəxsi "yıxıb-sürüyüb": “Bir nəfər mənə yazıb ki, mənə kömək edin. Mən də dedim ki, Bakıda deyiləm, Qazaxdayam. Məndən xahiş edir ki, Kamil Zeynallıya və ya Tarix Əliyevə (Tolik) deyim ki, ona yardım etsinlər. Mən də sözügedən şəxsə kömək etsin deyə Kamilə müraciət etdim. Sonra baxıram ki, məndən kömək istəyən şəxs 7 saatdı “İnstagram” da xətdədir. Mən başa düşə bilmirəm, imkansız, yardıma möhtac olan biri 7 saat orada nə edir? Özünə də yazdım”.

Onun bu sözləri sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər V.Məhərrəmlini həm tənqid, həm də təhqir ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə