Şəbnəmi Sibel Cana bənzətdi, Xoşqədəmdən xoş olmayan reaksiya VİDEO

Şəbnəmi Sibel Cana bənzətdi, Xoşqədəmdən xoş olmayan reaksiya VİDEO

Aparıcı Sərxan Kərəmoğlu həmkarı Xoşqədəm Hidaytqızının verilişində qonaq olub. SİA-nın məlumatına görə, Sərxan proqram zamanı müğənni Şəbnəm Əsədova (Tovuzlu) haqqında ilıginc açıqlama verib: "Yerli şou-biznesdə hazırda populyar olan müğənni Şəbnəm Tovuzludur. Səhnə üçün yaradılmış gözəl xanımdır. Azərbaycanın Sibel Canıdır. Bu sözləri tam səmimi deyirəm".

Onun bu fikirlərinə X.Hidayətqızı qəribə reaksiya verib: "Doğurdan? Sən hansı ölkələrə gedib, çıxdın. Birazdan Amerikadan, Fransadan danışacaqsan".

S.Kərəmoğlunun bu sözlərinə ifaçı münasibət bildirib: "Həyatda bir şeyi dərk edirəm və bilirəm ki, adama yaxşılıqdan başqa heç nə qalmayacaq. Canım Xoşqədəm xanım və illərin dostu Sərxan, gözəl sözlərinizə görə sizə təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə