“Bahalı maşın sürməyim niyə kiminsə gözünə girir?” FOTO+VİDEO

“Bahalı maşın sürməyim niyə kiminsə gözünə girir?” FOTO+VİDEO

Müğənni Afət Fərmanqızı özündən çıxıb. SİA-nın məlumatına görə, ifaçı onu əsəbiləşdirənlərə sərt sözlər deyib: “Bəzi xəbər saytlarında haqqımda doğru olmayan məlumata rast gəldim. Guya mən verilişlərin birində demişəm ki, 50 dərəcə istidə toy idarə edirəm. El şənliklərindən də əldə etdiyim gəliri niyə kiməsə yardım etməliyəm? Bu xəbəri yazanın anası ermənidir. Həmin kəs bu sözləri dediyimi mənə sübut etsin”.

Afət sosial şəbəkədə çağırışlar edənlərə də cavab verib: “Bəziləri sosial şəbəkədə çağırışlar edir ki, “Bahalı maşın sürənlər kasıblara yardım edin”. Həmin insanlara da demək istəyirəm ki, mən yardım edəndə o kəslər heç yox idi. Bundan başqa bahalı avtomobil idarə etməyim niyə kiminsə gözünə girir? Əcəb edirəm, bahalı maşın sürürəm. Bundan kimə nə?”

Bütün xəbərlər Facebook səhifəmizdə