“Afaq Bəşirqızının danışığı qınaq mövzusu ola bilməz” FOTOLAR
Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqzı aparıcısı olduğu Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.
SİA-nın məlumatına görə, məsələ ilə əlaqədar olaraq aparıcı Hacı Nuran münasibət bildirib: “Bəzən deyilən söz səhv anlaşılır və ya şərait yaradılır. Son günlər gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının canlı yayıma zəng edib, bir kəlmə söz işlətməsi ilə bağlı videogörüntü sosial şəbəkələrdə dolaşır, saytlarda manşet yazısına çevrilir.

Xalq artistinin, xüsusən də qadının bir kəlmə sözü qınanılır. Görəsən niyə belə məqamlarda bir çox məsələlər unudulur. Axı zəng edən Afaq xanım canlı yayımda olduğunu bilmir və işlətdiyi ifadə də güclə eşidiləcək tərzdə olur. Düşünürəm ki, Afaq xanımın Elgizlə səmimi münasibəti olduğu üçün ona ərklə bir qədər sərt sözlər deyir.

O, xanım Azərbaycan tamaşaçısına hörmətsizlik edən insan deyil. Çünki Afaq Bəşirqızı bir sənətkardır. O, sənətkar övladıdır. İllərini Azərbaycan səhnəsinə həsr etmiş insandır. Onun dostu ilə ərkyana danışığı nə qınaq mövzusu ola bilər, nə də müzakirəyə çevrilə bilər. Digər tərəfdən də Afaq Bəşirqızı mənim üçün kişi xislətli bir qadındır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı kimi nəhəng bir sənət məbədinə böyüklük etmək hər qadının işi deyil. Amma bunu Afaq xanım gözəl bacarır”.

Qeyd edək ki, A.Bəşirqızının bu hərəkətindən sonra Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB