Nahidə Orucova DNA testi tələb etdi -VİDEO

Nahidə Orucova DNA testi tələb etdi -VİDEO

Əməkdar artist Nahidə Orucova verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, proqramda 23 əvvəl öldürülən qardaş haqda danışıb və övladının axtarışı üçün verilişə müraciət edib.

Aktrisa kadr arxası qardaşından bəhs edərək göz yaşlarını saxlaya bilməyib: “Mənim yaşadığım həyata heç kim dözə bilməz. Qardaşım çox yaxşı adam idi. Böyük və kiçiklə davranışını bilirdi. Qonşuların belə hörmətini qazanmışdı. Qardaşım məndən 10 yaş kiçik idi. Anam işlədiyi üçün qardaşımı mən böyütmüşəm”.

Aktrisa veriliş zamanı da bildirib ki, qardaşı qətlə yetiriləndən sonra gəlin uşağı onlara göstərməyib: "Qardaşım öləndən sonra qız tamam kənara çəkildi, heç elə bil bunun əri ölməyib, soyuqqanlı davrandı. Ortaya düşən mən və bacım idi. Uşağı da gedib görürdük. Amma uşağın 2 yaşı olanda dedi ki, sizdən kömək istəmirəm. Yaşadıqları evi dəyişdilər. Onları axtardım, amma tapa bilmədim.

Məsələni ictimailəşdirmək istəmirdim. Uşaq da bizi axtarmadı. Təəccüblüdür ki, heç idoğmalarını tapmaq istəməyib? Artıq aramızda doğmalığın olub-olmaması da şübhəlidir.

Hətta mən uşağın qardaşım oğlu olduğundan şübhələnirəm. Ona görə də tapsam, uşaqdan DNA analizi tələb edəcəm.

Qardaşım öldürüləndə arvadı maraqlanmadı. Məhkəmə prosesində iştirak etmədi, elə bil onun əri ölməyib. Ona görə də mənim içimdə gəlinlə bağlı şübhələr yarandı".

Bütün xəbərlər Facebook səhifəmizdə