Müğənni Rahidə Baxışova verilişlərin birində səmimi etiraflar edib. SİA-nın məlumatına görə, ifaçı proqramda tükiyəli ifaçı Sibel Canın “Kanasın” mahnısını oxuyub.
Verilişin aparıcısı Zaur Kamal “Müğənnilərin problemləri olanda qəmgin mahnılar ifa edirlər” sözlərinə Baxışova belə reaksiya verib: “Doğrudur, problemlərim var. Xəstəliklə bağlı hamı özünə qapanıb. Ümid edirəm ki, tezliklə hər şey bərqərar olacaq”.
Daha sonra Rahidə illər öncə sənətdən getməsi haqqında danışıb: “Kim istəyər ki, ailəsində uzaq düşsün? Əsla sənətlə əlaqəli bir məsələ deyil, insan həyatıdır. Mən sənəti ailəmə qurban verdim. Amma çox peşmanam. Gərək sənətimdən uzaqlaşmazdım. İnsan öz sevdiyi işini və sənətini heç kimə görə atmamalıdır. İnsan səni tərk edə bilər, amma sənətin, işin səninlə hər zaman qalacaq. Bu, mənim həyat təcrübəmdir, yaşadıqlarımdır”.
Qeyd edək ki, müğənnisi Rahidə Baxışova 20 il öncə ailə həyatı qursa da, bu evliliyin ömrü qısa olub. Hazırda onun 20 yaşında bir oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB