"Eurovision 2011" mahnı müsabiqəsinin milli seçim turunun finalçılarından olan İlhamə Qasımova bu il müsabiqədə favorit saydığı iştirakçıların adlarını SİA-ya açıqlayıb. Müğənni Fransa, İngiltərə və İsveç təmsilçilərinin mahnılarını bəyənib: "Əslində, bir çox ölkələrin mahnılarını bəyənmişəm. Bu sırada Belçika, İrlandiya kimi ölkələrin təmsilçiləri var. Amma əsas favoritlərim bu 3 ölkədir. Ötən ilki favoritlərim müsabiqədə layiqli yerlər qazandılar. Yəqin ki, bu il də proqnozlarım özünü doğruldar. Fransa təmsilçisi Amori Vassilinin səs imkanlarını bəyənirəm. İsveç təmsilçisi Erik Saade isə çox gözəl oxuyur, rəqs edir, yəni əsl ulduzdur. Bu ifaçının video-çarxı da "youtube" portalında rekord sayda izlənib".
İlhamə Qasımova bu il Azərbaycanı Avropanın mötəbər mahnı müsabiqəsində təmsil edəcək Eldar və Nigar duetinə də uğurlar arzu edib: "Mən də istəyirəm ki, Eldar və Nigar uğurla çıxış etsin. Çünki burada söhbət bizim ölkəmizdən gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB