"Afaqa görə verilişi bağlandı, amma ona "canımın içi" dedi" FOTO

"Afaqa görə verilişi bağlandı, amma ona "canımın içi" dedi" FOTO

Xəbər verdiyimiz kimi, aparıcısı olduğu Elgiz Əkbərin verilişində heç kimin gözlmədiyi anlar yaşanıb. SİA-nın məlumatına görə, canlı yayım zamanı Xalq artisti Afaq Bəşirqızı Elgizin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.

Milli Televiziya və Radio Şurası ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib.

Bu hadisələrdən sonra Elgiz Əkbər Afaq Bəşirqızı ilə fotosunu sosial şəbəkədə yayımlayıb. O, paylaşımına "Canımın içi" sözlərini yazıb.

Aparıcının bu addımı hər kəsi əsəbiləşdirib. İzləyicilər Elgizi "ağ yuyub, qara səriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə