Nüşabə Ələsgərli oğlundan ayrı düşdü

Nüşabə Ələsgərli oğlundan ayrı düşdü

Əməkdar artist Nüşabə Ələsgərli verilişlərin birində virtual qonaq olub. SİA-nın məlumatına görə, o, oğlu haqda danışıb: “Oğlum hazırda Tallin (Estoniya) şəhərindədir. O, orada magistratura təhsili alır. Oğlum üçün darıxıram, amma mütəmadi onunla görüntülü olaraq danışıram".

Pedoqoq kimi fəaliyyət göstərən müğənni tələbələrinə onlayn dərs keçdiyini bildirib: “Qanuna əməl edərək evdə otururam. Televiziyalarımızın bizə verdiyi arayış əsasında evdən çıxıb çəkilişlərə gedirəm. Universitetdə dərs deyirəm. Tədris onlayn rejimə keçdiyi üçün mən də dərsimi onlayn aparıram. Həftənin bazar ertəsi və cümə günləri tələbələrimə dərs keçirəm.

Onu da qeyd edim ki, evdə darıxmıram. Karantinin ilk günlərində sıxılırdım, indi isə hər şey qaydasına düşüb. Hər zaman uşaqlar dərsdə, mən işdə olmuşam. Üzümüzü görməmişik”.

Bütün xəbərlər Facebook səhifəmizdə