Sevildən naxçıvanlı iş adamı ilə ailə qurması xəbərinə REAKSİYA
Bəzi saytların yaydığı məlumata görə əkiz bacılardan biri, müğənni Sevil Səfərova ailə qurub. SİA-nın məlumatına görə, xəbərdə qeyd olunub ki, sənətçi naxçıvanlı iş adamı ilə nikaha girib. Sevilin nikahı evdə, ailə arasında baş tutub.
Məsələ ilə əlaqədar olaraq əkizlər bununla bağlı məsələyə münasibət bildiriblər və xəbərin yalan olduğunu bildiriblər: "Səhər-səhər bizi yuxudan gözəl xəbərlə oyadıblar. Sən demə, Sevilin toyu olub. Amma bu xasiyyətlə Seva, səni çətin kimsə ala. Allah ağzınızdan eşitsin. İnşallah, doğru olsun. O iş adamı kimdirsə, deyin, karantində ailəyə baxsın. Kimdirsə, onu mənə çağırın gəlsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB