Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı ilə yeni fotolarını üzə çıxarıb. SİA-nın məlumatına görə, ifaçı həmin şəkilləri "İnstagram" səhifəsində yayımlayaraq, ərinə sevgisini etiraf edib: "Əzizim, dayağım, dərd ortağım...Yaxşı ki, varsan, yanımdasan və mənə dəstəksən.Bu çətin günlərdə hər addımımı dəstəklədin, ürək-dirək verib yanımda oldun. Xeyirxahlığın üçün sənə çox sağol deyirəm. Öz rahatlığını yox, məni və xalqımızı, ehtiyacı olan insanları düşündün. Sevdiklərinizdən sevginizi əsirgəməyin".
Onun bu paylaşımı izləyicilərin ürəyincə olub. Belə ki, sosial şəbəkə istifadəçiləri Rəqsanənin və həyat yoldaşının ünvanına xoş sözlər yazıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB