Müğənnisi Elvin Abdullayev bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle çağırışına qoşularaq evindən pərəstişkarlarına konsert proqramı təqdim edəcək. İdarədən SİA-ya bildirilib ki, “Güc birlikdədir” əzmini nümayiş etdirən sevilən müğənni ciddi karantin rejimində yaradıcılıq planlarını paylaşacaq və tamaşaçıların suallarını cavablandıracaq.
Konsertə saat 21.00-da Baş İdarənin @bakimedeniyyetidaresi və müğənni Elvin Abdullayevin @elvinabdullayev_eats “Instagram” hesablarından baxa bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB