Nigar Camal tənqidlərə cavab verdi

Müğənni Nigar Camalı sosial şəbəkədə insanlara yardım etmədiyi üçün tənqid ediblər. SİA-nın məlumatına görə, ifaçı onlara cavab verib: "Niyə? Axı video çəkib paylaşmaq düzgün deyil. Bu, həm də həmin ailələrə qarşı yanlışdır. Bəlkə, problemləri olduğunu kiminsə bilməsini istəmirlər. Hansısa kanalın yardım kampaniyası olsaydı paylaşardım. Amma ailələrə kömək edərkən bunu sosial şəbəkədə paylaşmaq reklam kimi çıxır".

Qeyd edək ki, son günlər məşhurlar kömək edərkən video çəkib sosial şəbəkədə yayımlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə