Günel: "Evim ipotekadır"

Müğənni Günel Ələkbərova özündən çıxıb. SİA-nın məlumatına görə, ifaçı kasıb ailələrə yardım edən həmkarlarına mesaj göndərib: "Elə müğənni var ki, kiməsə kömək edəndə gizli, eləsi də var ki, aşkar da edir. Kimə necə xoşdur. Amma bu əməli edəndə aqressiv etmək lazım deyil.

Onu da deyim ki, bəzi həmkarlarım var ki, sosial şəbəkələrdə qışqırırlar. Deyirlər ki, müğənnilər hardasız, kasıblara kömək edin. Bu sözləri sənətçilərə yox, məmurlara demək lazımdır. Çünki xalqın belə vəziyyətində yanlarında olmalıdırlar. Karantin günlərdə tutaq ki, biz müğənnilər kasıblara yardım etdik. Bəs karantindən əvvəl uçuq-sökük evlər yox idi?! Onlar illərlə o cür mənzillərdə yaşayıblar. Odur ki, biz sənətçilər bir-birimizi pisləməməliyik".

Günel sosial yaşayışından da bəhs edib: "Mən 51 kvadratlıq mənzildə yaşayıram. Evimi ipoteka ilə almışam. Hər ay 550 manat pul ödəyirəm. Üstəlik mənim də övladım və kasıb qohumlarım var. Onlara baxıram".

Bütün xəbərlər Facebook səhifəmizdə