Meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, onlar karantin günlərini necə keçirdikləri haqda danışıblar.
Pərviz bu sözləri deyib: "Bildiyiniz kimi, hazırda koronovirus xəstəliyi ilə bağlı karantindir. El şənlikləri yoxdur. Bunun üçün günümüzü evdə keçirdirik. İnsan ailəsi ilə daha da mehribanlaşır. Evin bütün problemlərindən xəbərin olur".
Türkan isə tam əksini deyib: "Bəzən evdəkilərlə dalaşıram (gülür)".
Bütün xəbərlər Facebook səhifəmizdə