Hadisə: “Azərbaycan dünyanın ən gözəl ölkələri arasında yer alıb”- FOTO

Hadisə: “Azərbaycan dünyanın ən gözəl ölkələri arasında yer alıb”- FOTO
"Eurovision 2009" mahnı müsabiqəsində Türkiyəni təmsil edən məşhur müğənni Hadisə Bakıya qonaq gəlib. Müğənni paytaxtda "Waggon Paris" adlı yeni butukin açılışında iştirak edib.

Maraqlı və yaddaqalan məqamlardan biri sənətçilərimizdən yalnız "Eurovision 2010" təmsilçimiz Safura Əlizadənin mərasimdə iştirak etməsi olub.

Səmimi söhbət edərək, yaradıcılıq yenilikləri ilə bölüşən sənətçilərin birgə şəkillərini təqdim edirik.

Hadisə Azərbaycandan böyük dəstək aldığı üçün xoşbəxt olduğunu jurnalistlərə açıqlamasında verib: "Azərbaycan dünyanın ən gözəl ölkələri arasında yer alıb. Buranı və sizin insanları çox sevirəm. Mənə "Eurovision"da göstərdiyiniz dəstəyi heç vaxt unutmaram".

Bütün xəbərlər Facebook səhifəmizdə