“Yaraşsaq da, yaraşmasaq da olanımız budur” FOTOLAR

“Yaraşsaq da, yaraşmasaq da olanımız budur” FOTOLAR

Aktrisa Ülviyyə Xəlilbəyli sosial media hesabında həyat yoldaşı, aktyor Murad İsmayılla fotosunu yayımlayaraq bəzi səhifələrdən gileylənib. SİA-nın məlumatına görə, o, paylaşımına bu sözləri yazıb: "Bəzi səhifələr şəklimizi yayımlayıb “yaraşırlar” sualını verməkdən bezməsə də, biz bu tipli paylaşımlardan bezmişik. Yaraşsaq da, yaraşmasaq da olanımız budur”.

Qeyd edək ki, cütlük “Vicdan haqqı” serialının çəkilişləri zamanı tanış olub. Onlar 2018-ci ildə ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə