Gülnarə Xəlilova ilk dəfə kəlağayıdan maskalar hazırladı FOTOLAR

Gülnarə Xəlilova ilk dəfə kəlağayıdan maskalar hazırladı FOTOLAR

Azərbaycan Milli Geyim Mərkəzinin və AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) Sosial məsələlər komissiyasının rəhbəri Gülnarə Xəlilova Azərbaycan Mədəniyyət Nazirliyinin “Evdə qal – evdə yarat” (#EvdəQalEvdəYarat) təşəbbüsü çərçivəsində ilk dəfə olaraq kəlağayıdan rəngarəng maskalar hazırlayıb. SİA-nın məlumatına görə, dizayner Gülnarə Xəlilova bildirib ki, onun yeni işi həm sosial təmayüllüdür, həm də Azərbaycanın qədim milli qadın baş örtüyü olan kəlağayının təbliğinə istiqamətlənib:

"Məlum olduğu kimi 2014-cü ildə kəlağayı simvolizmi və ənənəvi sənəti, onun hazırlanma və daşınma mədəniyyəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Qeyd etmək istərdim ki, maska xüsusi emal edilmiş kəlağayıdan düzəldilib və virusun orqanizmə düşməsinin qarşısını almaq üçün müvafiq astara malikdir. Maskanı görünüşə uyğun şarm vermək üçün tibbi maskanın üstündən də geyinmək olar. Onu təkrar istifadə etmək mümkündür. İstifadədən sonra isti suda yumaq olar, belə ki, bu, adi kəlağayı örpəyi ilə də edilir. Hamını evdə qalmağa və yaratmağa çağırıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə