ŞOK! Müğənni Rəqsanə polislər tərəfindən döyülüb

ŞOK! Müğənni Rəqsanə polislər tərəfindən döyülüb
Bir neçə saat bundan öncə Siyəzən rayonunun "Zarat" ərazisində yerləşən polis postunda qalmaqallı müğənni Rəqsanənin avtomobil Dövlət Yol Polisləri tərəfindən saxlanılıb. SİA-nın məlumatına görə, avtomobildə olan sürücü, Rəqsanə və onun prodüseri Təranə Səmədova polislər tərəfindən döyülüblər.

Təranə Səmədova ilə əlaqə saxladıq. Prodüser xəbəri təsdiq etdi: "Eşitdikləriniz doğrudur. Amma indi çox halsızık. Yoldayıq, Bakıya gəlirik. Gəlib ətraflı məlumatı verəcəyik. Xahiş edirik, bizi başa düşün. İndi, o halda deyilik.

Təranəni onları döyən şəxsin polis geyimində olduğunu iddia edir: "Deyəsən, adı Mahir Allahyarovdur. Özü də mayor idi".

Qeyd edək ki, faktla bağlı Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev də danışıb. Amma o, döyülməklə bağlı heç bir söz deməyib. Onun sözlərinə görə, günah qarşı tərəfdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə