Xalq artisti övladlarını görə bilmədiyi üçün ağladı VİDEO

Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Pərvanə Qurbanova verilişlərin birinə telefonla qoşulub. SİA-nın məlumatına görə, aktrisa övladlarını görmədiyini bildirib: “Koronovirusa görə övladlarımla görüşə bilmirəm. Onları evimə gəlməyə icazə vermirəm. Artıq 1 aydır ki, evdə təkəm. Çox darıxıram. İnşallah, bu bəla tezliklə bitər. Hər kəs bir araya gələr (ağlayır). Buna görə də xalqımızı evdə qalıb, sağlam olmağa çağırıram. Allah həkimlərimizi və polislərimizi qorusun”.

Bütün xəbərlər Facebook səhifəmizdə