Zamiq: "7 il çadırda yaşamışam" VİDEO

Müğənni Zamiq Hüseynov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, heç kimin gözləmədiyi açıqlamalar verib: "Hazırda koronovirus xəstəliyinə görə çətin günlər keçirdirik. Belə ki, iş yerləri bağlı olduğu üçün insanların maddi durumu çətinləşib. Kənardan müşahidə edirəm ki, bu 1 ay zaman ərzində adamlar çox acizləşib. Bu sözlərim heç kimin qəlbinə dəyməsin. Sosial şəbəkədə hər kəs kömək istəyir. Razıyam, kömək edək. Amma bunu aşırı reklam etməyə ehtiyyac yoxdur. Doğrudur, bizlər xalqımıza kömək etməliyik. Amma insanlar özlərini aciz və gücsüz hiss edəndə xətrimə dəyir. Axı qadınlarımız və kişilərimiz gücsüz deyil".

Sənətçi şəxsi həyatı ilə bağlı heç kimin bilmədiyi faktları da açıqlayıb: "7 il çadırda yaşamışıq. O, dövrlər çox xoşbəxt idik. Sadəcə bizə yardım gələcəyini gözləyirdik və sevinirdik ki, yemək yeyəcəyik. Çadırdan sonra yataqxana da yaşamışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...