Rəqsanə bu səs yazısına görə özündən çıxdı VİDEO

Rəqsanə bu səs yazısına görə özündən çıxdı VİDEO

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova kasıblara yardım edən məşhurlar sırasına qoşulub. SİA-nın məlumatına görə, ifaçının dəstək olduğu ailədən biri onun ərzaqlarını bəyənməyib və çox az olduğunu deyərək səs yazısını sosial şəbəkələrdə yayıb.

Rəqsanə həmin xanımın səs yazısını ortaya çıxardaraq biyabır edib: "Mənim heç kimə borcum yoxdur. Sözügedən xanımın bu səsi yaymaqda məqsədi nədir? Səsyazmada deyir ki, guya mən paketin içinə 1 alma, pomidor, mandalin qoymuşam. Utanın, yerə girin. Mənim nə sənə, nə də dədənə borcum yoxdur. Bu da mənim yaxşılığımdır?! Adamı niyə peşman edirsiniz?! Həmin xanım, çıx ortalığa mənə zəng elə. Elə sənin kimi insanların haramı olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə