Mətanət İsgəndərli efirdə telefon nömrəsini yaydı VİDEO

Əməkdar artist Mətanət İsgəndərli efirdə telefon nömrəsini yayıb. SİA-nın məlumatına görə, o, verilişlərin birinə zəng edərək iş adamlarına səslənib: "Nə qədər zəng gəlir, insanlar kömək istəyir. Mənim o qədər imkanm yoxdur hamıya yardım edim. Uzağı 50 ailəyə dəstək ola bilərəm. Rayonlardan zənglər gəlir, onlara pul göndərmişəm. Xalq imkanlı adamların, sahibkarların nömrəsini bilmir. Bizim nömrəmizi bilirlər və zəng edirlər.

Mənim telefon nömrəm 0502132626 - yardım etmək istəyənlər zəng etsin, səsimə səs versin. Tək bu qədər insana kömək edə bilmərəm. Özüm gedib marketə bazarlıq etdim, çıxanda nə qədər adam gəldi kömək istədi. Elə 10 ailənin payını orada payladım.

Sənət adamları toydan qazanır. Gedib boğazımız cırılana qədər oxuyuruq, gətiririk. Ailədə işləyən tək adamam. Bütün külfəti dolandırıram.

İmkanlı şəxslər, mənə dəstək olsunlar, lap bazarlığı özüm edib, aparıb ailələrə verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə