Aygün Kazımova: "Bütün şərhlərinizi oxuyuram" VİDEO

Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni videosunu yayımlayıb. SİA-nın məlumatına görə, o, görüntülərdə ona yazılan iradlara münasibət bildirib: "Görüm bu dəfə nə irad tutacaqsınız. Bütün şərhləri böyük sevgi ilə oxuyuram. Hər bir iradınız mənə xoşdur. Əlimdə olsaydı hər birinizə çay süzərdim. Bu sınaq günlərindən birlikdə çıxaq, gözəl günlər bizi gözləyir".

Kazımovanın paylaşımına Rusiyanın Xalq artisti FilippKirkorov da şərh yazaraq, ürək emojisi qoyub. Sənətçinin paylaşımına 133 mindən çox bəyəni və 3444 şərh gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə