Ayan: "Ədalət Şükürovla heç vaxt duet oxumaram" VİDEO

Müğənni Ayan Babakişiyeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı duet ortaqlarından bəhs edib: "İlk səhnəyə gələndə Ədalət Şükürovla duet oxumuşdum. Sonra Nadir Qafarzadə ilə duet ortağı olduq. Ondan başqa heç kimlə duet oxumaram".

Aparıcı sənətçiyə "İndi Ədalət Şükürov sənlə duet oxuyar?" sualına Ayan "Birinci məndən soruş gör, mən Ədalət Şükürovla duet oxuyaram?" sözlərini söyləyib.

İfaçı aparıcının "Sən onla duet oxuyarsan?" sualına "Yox, oxumaram" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə