Kıvanç Tatlıtuğ xəstəxanadan evə buraxıldı

Aktyor Kıvanç Tatlıtuğdan yeni xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor xəstəxanadan evə buraxılıb. Koronavirus şübhəsi ilə xəstəxanaya gedən Kıvanç analizlər verib və müalicə alıb.

Tatlıtuğun testlərinin cavabı neqativ çıxıb və evə buraxılıb. Aktyor jurnalistlər tərəfindən görüntülənməmək üçün gecə saat 2-də xəstəxanadan çıxıb.

Kıvanç hazırda həyat yoldaşı ilə birlikdə meşədəki evində yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə